
Axundova İradə Mirsaab qızı
Direktor
3 Sentyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1976-cı ildən 1982-ci ilə qədər Dövlət Tibb Universitetində “Ftiziatr-Pulmonoloq”ixtisası üzrə təhsil almışdır. Peşəkar fəaliyyətinə
1978-ci ildə F.Əfəndiyev adına 4 nömrəli Mərkəzi klinik xəstəxanada Tibb Bacısı olaraq başlamışdır. 1988-ci ildə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim olaraq işə başlamış, daha sonrakı dövrlərdə Müalicə-Reabilitasiya şöbəsinin müdiri və Direktor Müavini vəzifələrini icra etmişdir. 2022-ci ildən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Direktor vəzifəsində çalışır.

Əliyeva Gülzar Rafiq qız
Direktor Müavini
28 Noyabr 1973-cü ildə anadan olmuşdur.
1992-ci ildən 1998-ci ilə qədər Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakultəsində təhsil almışdır. 2009-cu ildən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Elmi Katib çalışmışdır.