Azərbaycanda İİV/QİÇS, Vərəm və Malariya üzrə Qlobal Fondun maliyyələşdirdiyi fəaliyyəti haqqında
MƏLUMAT
2005-ci ildən başlayaraq İİV/QİÇS, Vərəm və Malariya üzrə Qlobal Fond Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əsas üç istiqamətdə fəaliyyət göstərir: 1) Azərbaycanda Əhalinin riskli qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin genişləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin gücləndirilməsi: 2) Azərbaycanda Əsas ÇDD/GDD Vərəm xidmətlərinə Çıxış İmkanının və onların Keyfiyyətinin təmin olunması; 3) Azərbaycanda Davamlı Malyariya Nəzarəti və Profilaktikası Uğrunda Yeni Təşəbbüslər.
Layihələr çərçivəsində Qlobal Fond 2005-2018-ci illər ərzində İİV/QİÇS-ə nəzarət fəaliyyətləri üçün cəmi 49 milion ABŞ Dolları, vərəm üzrə cəmi 50,5 milion ABŞ Dolları, malyariya üzrə – 5,5 milion ABŞ Dolları dəyərində vəsait ayırmışdır.
Ölkədə Vərəm layihəsinin əsas icraçı Elmi-Tədqiqat Ağ ciyər Xəstəlikləri İnstitutudur. Qlobal Fond tərəfindən maliyyələşdirilən Vərəm layihəsi ilk dəfə 2007-ci ildə 7-ci Raund çərçivəsində həyata keçirilməyə başlanmış 2013-ci ilə qədər davam etmişdir. Layihənin ümumi dəyəri 16,803,781 AVRO olmuşdur. Layihənin çərçivəsində aşağıdakı komponentləri həyata keçirilir:
- Vərəmin erkən aşkarlanmasının yaxşılaşdırılması
- DDV müalicəsinin mümkünlüyü
- DDV xəstələr üçün sosial dəstəyin ayrılması
- Milli Vərəm Programının idarə edilməsinin gücləndirilməsi və koordinasiya olunması
2013-cü ildə Azərbaycana 2013-2015-ci illər üçün nəzərdə tutulmuş və 7-ci Raundun davamı olan Keçici Maliyyələşmə Mexanizmi layihəsi çərçivəsində 8 mln. AVRO maliyyə vəsaiti ayrılmışdır.
Həmin layihə çərçivəsində aşağıdakılar həyata keçirilir:
- 1200 ÇDD vərəm xəstəsi üçün 2-ci sıra dərman maddələrinin alınması
- Həmin xəstələrə sosial dəstək paketinin verilməsi
- Laborator avadanlıq və reagentlərin alınması
- Bakı şəhərində və regionlarda DOT məntəqələrin yaradılması
- Bakı şəhərində və regionlarda olan vərəm əleyhinə müəssisələrdən bəlğəm nümunələrinin Milli Referens Laboratoriyasına çatdırılması
- İnfeksion nəzarətin təşkili üçün fərdi mühafizə vasitələrinin alınması
2015-ci ildə Qlobal Fond tərəfindən Yeni Maliyyələşmə Mexanizmi layihəsi çərçivəsində Səhiyyə Nazirliyinə 2016-2017-ci illər üçün nəzərdə tutulmuş 10,976,131 AVRO məbləğində maliyyə vəsaiti ayrılmışdır.
Həmin layihə çərçivəsində aşağıdakı tədbirlər nəzərdə tutulur:
- 600 ÇDD vərəm xəstəsi üçün 2-ci sıra dərman maddələrinin alınması
- 150 GDD vərəm xəstəsi üçün 5-ci qrup dərman maddələrinin alınması
- Həmin xəstələrə sosial dəstək paketinin verilməsi
- Laborator avadanlıq və reagentlərin alınması
- Bakı şəhərində və regionlarda DOT məntəqələrin yaradılması
- Bakı şəhərində və regionlarda olan vərəm əleyhinə müəssisələrdən bəlğəm nümunələrinin Milli Referens Laboratoriyasına çatdırılması
- İnfeksion nəzarətin təşkili üçün fərdi mühafizə vasitələrinin alınması
- ÇDD vərəm xəstələrinin idarə edilməsi üçün həkim-ftiziatrlar üçün treninqlərin təşkili
- Milli rəhbərlik və protokolların hazırlanması zamanı beynəlxalq ekspertlərə texniki yardımın göstərilməsi
- Penitensiar sektorunda Vərəmlə Mübarizə Proqramına dəstək
Səhiyyə Nazirliyi tərəfindən təminat:
- 2011-ci ildən Səhiyyə Nazirliyi vərəm əlieyninə 1-ci sıra dərmanları tam olaraq təmin edir
- 2012-ci ildən vərəm əleyhinə dərmanların yanaşı təsirlərinə qarşı dərmanları tam olaraq təmin edir
- 2013-cü ildən başlayaraq 2-ci sıra dərmanların bir hissəsinin təmin olunmasına başlanmışdır
Səhiyyə Nazirliyi aşağıdakı vacib sənədləri təsdiq etmişdir:
- Vərəmin aşkarlanması, kimyəvi terapiyası və profilaktikası üzrə klinik protokolları
- Vərəm üzrə rəhbərlik
- Azərbaycanda vərəmlə mübarizə sahəsində kommunikasiya və sosial səfərbərlik üzrə strategiya
- İnfeksion nəzərət üzrə rəhbərlik
- Vərəm əleyhinə müəssisələrdə epidemioloji tələblərə dair qaydalar
- Vərəm üzrə elektron proqram (e-TB Manager) ilə işləmə qaydası
- Monitorinq və qiymətləndirmə planı (2013-2016-cı və 2016-2020 illər)
- Azərbaycanda Çox/Genişləndirilmiş Dərman Çeşidinə davamlı olan Vərəmlə Mübarizə və Profilaktika üzrə Fəaliyyət Planı (2013-2015-ci və 2016-2020 illər)
- Vərəm laboratoriyaları üçün Standart Əməliyyat Prosedurları
2021-2024-cü illər üzrə Qrant layihəsinin adı: Azərbaycan Respublikasında Yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD Vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi
Vərəm Qrant layihəsi:
Layihənin müddəti: Yanvar 2021- 30 iyun 2024-ci il
Ümumi büdcə: 7,997,084 ABŞ Dolları
№ |
Tədbirlər |
Büdcə |
1 |
Dərman vasitələrinin alınması |
47.6% |
2 |
Laboratoriya reagentləri və avadanlıqlarının alınması |
18.5% |
3 |
Xəstələrə sosial yardım (ərzaq) |
1.5% |
4 |
Laboratoriya avadanlıqlarına texniki xidmət |
2.8% |
5 |
Ftiziatorlar və həkimlər üçün ilkin səhiyyə xidmətləri üzrə təlimlər |
2.1% |
6 |
Rayonlara monitorinq səfərləri |
2.6% |
7 |
Bölgələrdən bəlğəmin daşınması |
0.9% |
8 |
QHT fəaliyyətləri |
2.9% |
9 |
Əmək haqqı ödənişləri |
8.3% |
10 |
Digər |
12.8% |
|
Cəmi |
100% |