Awesome Image

Azərbaycanda İİV/QİÇS və Hepatit üzrə milli proqramlarının qiymətləndirmə missiyası öz işinə başlayıb

5 Aprel 2023

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə ÜST-nin ekspert qrupu tərəfindən, nəzərdə tutulan Azərbaycanda İİV/QİÇS və Hepatit üzrə milli proqramlarının qiymətləndirmə missiyası öz işinə başlayıb. Missiya çərçivəsində ekspert qrupu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu publik hüquqi şəxsində olublar. Ekspert qrupu tərəfindən mövcud epidemoloji vəziyyət, klinik protokollar, infeksiyanın qarşısının alınması üzrə tədbirlər daxil olmaqla proqramların hərtərəfli qiymətləndirilməsi aparılıb. İİV/QİÇS və Hepatit proqramının qiymətləndirilməsini həyata keçirəcək ekspert qrupuna, ÜST-nın Avropa üzrə Regional Ofisinin və sözügedən sahələr üzrə əməkdaşlıq etdiyi mərkəzlərin nümayəndələri və beynəlxalq məsləhətçilər daxildir. Qiymətləndirmə prosesinin birinci mərhələsində, ekspert qrupu distant formatda hər iki sahə üzrə təqdim olunan sənədləri, hesabatları və protokolları nəzərdən keçirib və onları təhlil edib. İkinci mərhələ isə bir həftə davam edəcək ölkədaxili missiyanı əhatə edib. Bu mərhələdə ekspertlər aidiyyatı qurumlara, təşkilatlara və müəssisələrə baş çəkib. Hər iki proqramla bağlı ətraflı müzakirələr apararaq, toplanan məlumatları təhlil edərək və İİV və hepatitlər üzrə proqramların təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.