30.03.2023-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu" publik hüquqi şəxs, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası və Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının birgə təşkilatçılığı ilə “Baku Marriott Hotel Boulevard” Hoteldə , “Ümumdünya Vərəmlə Mübarizə Gününə Həsr Olunmuş” Konfrans keçirilib.
Konfransda, Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu" publik hüquqi şəxsin direktoru İradə Axundova, Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəisi Rəfail Mehdiyev, millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Rəşad Mahmudov və Sədaqət Vəliyeva və başqaları çıxış ediblər.

